» » İlham Əliyev onları təbrik etdi

İlham Əliyev onları təbrik etdi

İlham Əliyev onları təbrik etdi














Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah arzulayıram".

Prezident İlham Əliyev eyni zamanda Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini şeyx Məhəmməd bin Zayed Al Nəhyanı da təbrik edib:
"Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm".

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanqı daVoraçiti Respublika Günü münasibətilə təbrik edib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət