fim.az

Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ

18-12-2018, 11:13

Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi – SON DƏQİQƏ















ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdi.

Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Suriyada İŞİD qalmadı, ondan səbəb kimi istifadə edirlər. Biz orada terror dəhlizini yaratmağa icazə verməyəcəyik. Biz Suriyada üç əməliyyat keçirdik, indi növbə Fəratın şərqinə gəldi. Biz bu haqda rəsmən bəyan etdik, Trampla telefonla danışdıq və müsbət cavab aldıq. Fəratın şərqinə terrorçuları müdafiə edənlərə müraciət edirəm: siz səhv edirsiniz, bundan imtina edin”, - Ərdoğan Konyada mitinqdə çıxışında deyib.

Prezidentin sözlərinə görə, sərhəd xətti boyunca ABŞ əsgərlərinə zərər verməyəcək şəkildə Suriya torpaqlarında əməliyyat hər an başlaya bilər.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 469}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22