» » Xırdapay kəndində səyyar görüş-qəbul keçirilb

Xırdapay kəndində səyyar görüş-qəbul keçirilb

Xırdapay kəndində səyyar görüş-qəbul keçirilb
















Yanvarın 31-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Xırdapay kənd inzibati ərazi dairəsinin Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Görüşdə kənd sakinlərinin təbii qaz, elektrik enerji, su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, pay torpaqlarına gedən arxların təmizlənməsi, kəndarasiı yolların təmiri, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Xırdapay kəndində səyyar görüş-qəbul keçirilbXırdapay kəndində səyyar görüş-qəbul keçirilb
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət