fim.az

Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO

15-02-2019, 09:28

Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO















Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 14-də Gəncəyə səfəri zamanı “İmamzadə” dini kompleksində, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində, uşaq evində, Mir Cəlal Paşayevin ev-muzeyində, 32 nömrəli körpələr evi-uşaq bağçasında və Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşü zamanı ona göstərilən qonaqpərvərlik və səmimiyyətə görə gəncəlilərə təşəkkürünü bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər barədə fikirləri rəsmi “Instagram” səhifəsində açıqlanıb.
“Gözəl qədim Gəncə şəhərindən unudulmaz təəssuratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!”

Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO
Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO
Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO
Mehriban Əliyeva ona göstərilən qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib — FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 404}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22