fim.az

İşsizlərin nəzərinə: Dövlət qurumu işçi axtarır

20-02-2019, 11:48

İşsizlərin nəzərinə: Dövlət qurumu işçi axtarır

Dövlət İmtahan Mərkəzi fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, maraqlanan şəxslər CV formasını mart ayının 15-dək test@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi bacarıqları olmalıdır.

İştirakçılar Azərbaycan dili, gürcü dili, rus dili, riyaziyyat, yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır.

Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2019-cu il mart ayının 15-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində "İşə qəbul" yazaraq göndərmələri xahiş olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 369}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22