» » Qarasu kəndində səyyar görüş-qəbul keçirilib

Qarasu kəndində səyyar görüş-qəbul keçirilib

Qarasu kəndində səyyar görüş-qəbul keçirilib
















Fevralın 21-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarasu kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qarasu kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikamız günü-gündən inkişaf edir və iqtisadiyyatımız sürətlə dirçəlir. Ölkə rəhbəri cənab İlham Əliyevin aparmış olduğu uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorumuz artmışdır. Bu onu göstərir ki, ölkəmiz bundan sonrada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını daim təmin edəcəkdir. Ceyhun Cəfərov öz çıxışında vurğulayıb ki, 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində Qarasu kəndində 640 şagird yerlik tam orta məktəbinin və Şilyan-Qarasu avtomobil yolunun tikintisinin nəzərdə tutulduğunu sakinlərin diqqətinə çatdırdı. Bildirdi ki, Dövlət Proqramı hazırlanarkən yerlərdə vətəndaşlar tərəfindən irəli sürülən təkliflər əsas götürülmüşdür.
Kənd sakinlərinin səyyar qəbulda enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, torpaq məsələləri, əlavə örüş sahəsinin ayrılması, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Qarasu kəndində səyyar görüş-qəbul keçirilibQarasu kəndində səyyar görüş-qəbul keçirilib
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət