fim.az

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR

13-03-2019, 12:23

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR















Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar hərtərəfli inkişafı təmin etməkdədir
2018-ci ildə cənab İlham Əliyevin yenidən president seçilməsindən sonra digər sahələrdə olduğu kimi iqtisadi sahədə islahatlara sürətlə davam etməyə başladı. Ölkə başçısı seçkiöncəsi Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi üçün iqtisadi sahədə həyata keçiriləcək vədlərininin icrasına başladı. Bu məqsədlə Azərbaycanın iqtisadi inkişafına nail olmaq üçün strateji yol xəritəsində nəzərdə tutulan bütün proqramların icrası üçün islahatlar həyata keçirilməyə başlandı. İlkin olaraq sahibkarlıq və biznes mühitinin normallaşdırılması istiqamətində ciddi addımlar atıldı. Vergi, gömrük sistemində ciddi islahatlar həyata keçirildi. Yəni vergi və gömrük islahatlarında əsas məqsədi sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Məhz bu sahədə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatında gəlirlər xeyli artdı. Bu islahtlar təkcə gömrük və vergi sahəsi ilə bitmədi və digər sahələri də əhatə etmiş oldu.

Nəticə etibarı ilə 2018-ci ildə strateji yol xəritələrinin uğurlu icrası təmin edildi. Kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, yaşıl dəhlizin qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı.

Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlmiş, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələmiş oldu.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Prezident İlham Əliyev tərəfindən aparılan sürətli və uğurlu iqtisadi islahatlar, güclü sosial müdafiə, sahibkarlığın təşviqi, infrastrukturun təkmilləşdirilməsi, makroiqtisadi və ictimai-siyasi sabitlik, həmçinin beynəlxalq arenada mövqelərimizin daha da gücləndirilməsinə xidmət etmiş oldu. Bu islahatlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarları dövlət siyasətinə cavab olaraq innovativ tətbiqləri genişləndirməklə bərabər sosial məsuliyyəti də gücləndirdi.

2018-ci ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda özəl sahibkarlığın iştirakı ilə ticari bölmənin hesabına 1 faiz artıb (o cümlədən, post-neft dövrünün drayverləri - qeyri-neft sənayesi 9 faizdən artıq və kənd təsərrüfatı 5 faizə yaxın böyüyüb). İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə lokomotiv rolunu daha çox oynayır. Bir sözlə, iqtisadi artımın kefiyyəti yüksəlir.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə artmaqdadır. Eyni zamanda Azərbaycanın liderliyilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya komleksi yaradılıb. Azərbaycan bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzinə çevrilməkdədir.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Ölkə başçısının həyata keçirdiyi bu iqtisadi islahatları nəticəsndə Azərbaycan iqtisadiyyatının ixracyönümlülük potensialı daha da artıb. Əgər əvvəllər Azərbaycan daha çox enerji ixrac edən ölkə idisə, bu islahatların həyata keçirilməsi nəticəsində neft-kimya, kənd təsərrüfatı və digər sənaye məhsullarını ixrac edən ölkəyə çevrilməkdədir.

Turizmin inkişafı istiqamətində ölkə başçısı tərəfindən aparılan siyasət bu islahatalara əlavə stimul verməkdədir. Belə ki, turizmin inkişafı məqsədi ilə ASAN vizanın tətbiqi, turizm infrastrukturunun inkişafı, ölkəmizdə mötəbər tədbirlərin təşkili, promo kampaniyası, Dövlət Turizm Agentliyinin yaradılması başda olmaqla institutsional və struktur islahatların birbaşa nəticəsidir. Xidmət ixracında həm də getdikcə böyüyən peyk telekomunikasiya xidmətləri və optik peyk xidmətlərini xüsusi vurğulamaq lazımdır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda uğurla inkişaf etdirilən kosmik sənayenin hesabına mümkün olub.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Nəticə etibarı ilə iqtisadi islahatlar hesabına 2018-ci ildə ixracın həcmi isə təxminən 30 faiz artıb. Qeyri-neft ixracının artımı qeyri-neft sektorunun artımını üstələməklə iqtisadiyyatın ixracyönümlülüyünü təmin edib.

Onu da qeyd etmək lazımdır ki, burada Azexport, ticarət nümayəndəlikləri, ticarət evləri, ixrac subsidiyaları və digər mexanizmlər qeyri-neft ixracının artımında mühüm rol oynayıb.

Dövlət başçısı tərəfindən məqsədyönlü iqtisadi, struktur, idarəetmənin optimallaşdırılması və effektivliyi istiqamətində həyata keçirilən islahatlar ölkə vətəndaşının daha yaxşı yaşamı ilə yanaşı, həm də ölkənin iqtisadi qüdrətini təmin etməklə, onun təhlükəsizliyinin, sabitliyinin təmin olunmasına gətirib çıxarıb. Bu islahatlar hesabına ölkənin gəlirləri kifayət qədər artıb və uğurla həyata keçirilən islahatların məntiqi davamı olaraq ölkə başçısı vətəndaşın sosial müdafiəsinin gücləndirilməsi, onun rifah halının yaxşılaşdırılması, cəmiyyəti narahat edən müxtəlif sosial problemlərin həlli istiqamətində islahatlar aparmasına şərait yaradıb. Ona görə də hər bir həyata keçirilən islahatın məntiqi davamına uyğun olaraq sosial sahədə islahatlar həyata keçirilir. Biz bunun son aylarda həyata keçirilən genişmiqyaslı islahatları nümunə kimi göstərə bilərik.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Azərbaycan prezidentinin söylədiyi kimi 2019-cu ilin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək.

Prezident seçkilərindən 11 ay ötdü — GÖRÜLƏN İŞLƏR, İSLAHATLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 400}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22