fim.az

Kürdəmirdə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib

20-03-2019, 00:58

Kürdəmirdə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib

















Martın 19-da Kürdəmirdə Novruz bayramı münasibəti ilə təşkil olunmuş el şənliyində Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilatlarının rəhbərləri və əmək kollektivləri, ağsaqqallar və ziyalılar, rayon sakinləri , gənclər, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də rayonda məskunlaşmış məcburi köckün və qaçqın ailələri iştirak ediblər.

Tədbir iştirakçıları rayonun bütün kəndlərinin öz adət-ənənələrinə uyğun novruz adətləri və qədim əşyalarlı ilə tanış oldular. Karrar, Köhünlü, Cəyli, Xırdapay, Mollakənd, Carlı, Muradxan kənd sakinlərinin nümayiş etdikləri qədim əşyalar, habelə novruz atributları daha yadda qalan oldu. Qədim muzey əşyaları, xalça və palazlar, qədim misgərlik əşyaları hamıda maraq oyadırdı. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alğışlarla qarşılandı. Kosa və keçəlin məsəkələri onların şən zarafatları əsl bayram ovqatı yaradırdı. Pəhləvanların bir-birindən maraqlı çıxışları, gənclərin qol güclərinin nümayiş etdirməsi,milli oyunların göstərilməsi hamıda marağa səbəb oldu.Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılandı.
Məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri baharın, Novruzun əlvan çalarlarını əks etdirməklə baxanlarda böyük zövq oyadırdı. Musiqi sədaları altında meydangirlik edən idmançılar ,qədim milli oyun mərasimləri ,milli adət və ənənələrimiz əks etdirən digər meydan tamaşaları insanlardakı bayram əhval -ruhiyyəsini daha da artırırdı. Birbirindən gözəl xalq musiqi və rəqsləri , muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi, onlara həyatda və əməli fəaliyyətdə daha böyük uğurlar arzuladı. Xalqımızın ən qədim bayramlarından biri olan Novruzun evlərə sevinc, şadlıq gətirdiyini, Novruzla bağlı nəğmələr, mərasimlər, tamaşalar isə şifahi xalq yaradıcılığımızın ayrılmaz hissəsi olduğunu bildirdi.
Bayram mərasimi incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam etdi.Kürdəmirdə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 513}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22