fim.az

Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilib

28-03-2019, 00:18

Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilib















Martın 27-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı və Ulu Öndər Heydər Əliyevin Dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrki faliyyətindən bəhs edən “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə bütün təhlükəsilik orqanlarının işçilərini təbrik edərək vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. 1950-ci illərin ikinci yarısından başlayaraq, Azərbaycan təhlükəsizlik orqanlarında milli kadr potensialının gücləndirilməsi, sözün əsl mənasında, azərbaycanlaşdırma prosesinin geniş vüsət alması mümkün olmuşdur ki, bu da ilk növbədə Ümummilli Lider Heydər Əliyevin o dönəmdə təhlükəsizlik orqanlarında fəaliyyəti ilə bağlıdır.
1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi.. Bir tərəfdən müstəqilliklərini elan edən yeni dövlətlərin yaranması, digər tərəfdən isə dünyada baş verən ziddiyyətli proseslər Azərbaycanın müstəqil dövlət kimi inkişafı üçün yeni təhdidlər yaradırdı. Bütün bu amillərlə yanaşı, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı, daxildə ictimai-siyasi sabitsizlik və idarəetmə böhranı bu təhlükələri vətəndaş müharibəsi, milli fəlakət, yenidən müstəqilliyin itirilməsi səviyyəsinə çatdırmışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə tarixi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı.Bu missiyanın ən mühüm istiqamətlərdən biri də, şübhəsiz, dövlət təhlükəsizliyinin etibarlı təmin olunması, gənc müstəqil dövlətimizə qarşı yönəlmiş daxili və xarici təhdidlərin zərərsizləşdirilməsi idi. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Keçmiş dövrlərdə, sovet hakimiyyəti vaxtında Azərbaycanın təhlükəsizlik təşkilatı ümumi sovet hökumətinin qərarlarını və göstərişlərini yerinə yetirməklə məşğul idi. İndi müstəqil Azərbaycanda ölkəmizin təhlükəsizlik təşkilatı xalqımızın milli mənafelərini təmin etmək vəzifəsini daşıyır...”.
Bu gün Ulu Öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi üçün sarsılmaz təməl yaradılmışdır.Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır.
Bu gün rayonumuzda fəaliyyət göstərən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları da rayonumuzda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində səlahiyyətləri daxilində fəaliyyət göstərirlər.Əmin olduğumu bildirmək istəyirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin kollektivi dövlətçilik ideyalarına sadiqliyini fəaliyyətlərində doğrultmaq üçün üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə təhlükəsizlik orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin bir qrup əməkdaşına Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısının fəxri fərmanları və qiymətli hədiyyəsi təqdim edilib.Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilibAzərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilibAzərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilibAzərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi Kürdəmirdə qeyd edilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 465}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22