fim.az

Qocalı kəndində səyyar görüş-qəbul keçirilb

28-03-2019, 22:03

Qocalı kəndində səyyar görüş-qəbul keçirilb

















Martın 28-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə sakinlərin elektrik enerjisi, sosial müdafiə, təhsil, əkin sahələrinin suvarılması, kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər əhalinin rifah halının daha da yüksəldilməsinə xidmət edir.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qocalı kəndində səyyar görüş-qəbul keçirilbQocalı kəndində səyyar görüş-qəbul keçirilbQocalı kəndində səyyar görüş-qəbul keçirilb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 420}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22