fim.az

Mollakənd kəndində səyyar görüş-qəbul keçirilib

4-04-2019, 15:48

Mollakənd kəndində səyyar görüş-qəbul keçirilib

















Aprelin 4-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Mollakənd kəndində əhali ilə səyyar görüş-qəbulu keçirilib.
Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlərin görüldüyünü bildirib, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Ceyhun Cəfərov vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər zaman çox güclü sosial siyasət aparılır. O, cari ilin əvvəlində çox ciddi və böyük sosial paketin təsdiqləndiyini və həmin proqramın 3 milyondan çox insanı əhatə etdiyini diqqətə çatdırıb.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Müraciət edən kənd sakinləri işlə təmin olunmalarına, kənddaxili yolların əsaslı təmirinə, istismar müddətini başa vurmuş elektrik dirəkərinin və naqillərin dəyişdirilməsinə, dövlət tərəfindən verilən ünvanlı sosial yardımın verilmə qaydalarının daha da sadələşdirilməsinə,uzaq kəndlərdə də bankomatların qoyulmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov sakinlər tərəfindən qaldırılan müraciət və təkliflərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən bu kimi tədbirlərə, göstərilən daimi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mollakənd kəndində səyyar görüş-qəbul keçirilibMollakənd kəndində səyyar görüş-qəbul keçirilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 570}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22