» » Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib

Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib

Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib

















Aprelin 7-də rayonun Qələbə parkında Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdən əvvəl bu əlamətdar gün münasibətilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə kampaniyası təşkil olunub və “10 milyon” Flashmobu ictimaiyyətə təqdim olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov, icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, bu gün isə onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünyaya inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmiz gündən-günə inkişaf edir. Bildirib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Ölkəmizdə olan bu inkişaf Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Vurğulayıb ki, bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycan artıq 10 milyonluq bir ölkədir. Bu, təkcə əhalinin say artımı deyil, eyni zamanda, ölkəmizin son dövrlərdə olan iqtisadi inkişafı deməkdir.
Bayram tədbiri rayonun incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.Kürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilibKürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilibKürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilibKürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilibKürdəmirdə Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət