fim.az

Şər və Böhtan yazanlara TUTARLI CAVAB - "Yel qayadan nə apara bilər ki...." - Vaqif Həsənov

3-03-2021, 00:28

Şər və Böhtan yazanlara TUTARLI CAVAB - "Yel qayadan nə apara bilər ki...." -  Vaqif Həsənov


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz. İt hürər karvan keçər. Vaqif Həsənov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələm də alırlar.

Fim.az olaraq bu şərəfli insan - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Vaqif Həsənovu nüfuzdan salmağa çalışırlar. Guya İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Vaqif Həsənovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 470}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331