» » Ona etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub
















AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNUN HEYƏTİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

Ona etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub



Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla və İnstitutun əməkdaşları ilə görüşüb.

Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Professor Yusif Yusibov Gəncə Dövlət Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə İnstitut arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları, yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.


Ona etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldubOna etibar edilən bütün postlarda Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub


Yel qayadan nə apara bilər?

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Professor Yusif Yusibovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Yusif Yusibov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Yusif Yusibovu heç vaxt əqidəsindən döndərə bilməz.


Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, professor Yusif Yusibov qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov burada peşəkar kadrların hazırlığı istiqamətində uğurlu addımlar atır

Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
O ki, qaldı təhsilin keyfiyyətinə və insani münasibətlərə, universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilib. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilib.

Burada insanlar arası münasibətlər də yüksək səviyyədə qurulmaqdadır, Yusif Yusifov Gəncə Dövlət Universiteti kollektivinin uzun illər etimadını doğrultmuş bir insandır və universitet kollektivinin bir yumruq kimi rektorun ətrafında birləşməsi şəhər tədbirlərində , Gəncənin ictimai həyatında qabarıq şəkildə özünü göstərir.




-Yusif Yusifov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

-Yusif Yusifov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda tələbələrin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Yusif Yusifov Gəncə Dövlət Universitetinin rektorluq fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Ona etibar edilən bütün işlərdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov özünü doğruldub. Bizdə hörmətli Yusif Yusibovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət