» » Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçirib















Mayın 23-də rayonun Böyük Kəngərli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Bağman, Böyük Kəngərli və İsmayıllı kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib.Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması,onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsini, nümayəndəlik ərazisində telefon xətti və internet şəbəkəsinin olmamasını, kəndarası yolların təmiri, təbii qaz təchizatı , torpaq məsələləri, səhiyyə və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya, eləcə də Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Kəngərli kəndində səyyar qəbul keçirib
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət