» » Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçirib














İyunun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Şilyan kəndində əhali ilə növbəti səyyar qəbul-görüşü keçirilib .
Şilyan kəndinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir. Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin tikintisi başa çatdırılıb, Asan Xidmət Kompleksinin binasının tikintisi bitmək üzrədir, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərcik salınır. Ceyhun Cəfərov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında da tikinti işləri aparılır.
Qəbulda kənd sakinləri kəndə gələn kanalın lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik dirəklərinin dəyişdirilməsi , təbii qaz təchizatı, təhsil və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya, eləcə də Şilyan-Qarasu avtomobil yolunun tikintisinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Şilyan kəndində səyyar qəbul keçirib
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət