» » Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilib

Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilib

Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilib















İyunun 12-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar kənd inzibati ərazi dairəsinin Ərşəli kəndində səyyar qəbul-görüşü keçirilib.
Karrar kənd inzibati ərazi dairəsinə daxil olan Karrar, Ərşəli və Garıs Əyribənd kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Şəhid Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbində keçirilən qəbuldan əvvəl məktəbin həyətində Şəhid Cəlal Cavadovun əziz xatirəsinə inşa edilmiş bulaqın açılışında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov iştirak etdi. Şəhidin ailəsi ilə səmimi söhbət edən İcra Başçısı onların problemləri ilə maraqlandı. Şəhidin anası Mansura Cavadova onlara eləcə də bütün şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Ölkə Başçısına ailəsi adından minnətdarlığını bildirdi.
Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov vətəndaşlarla keçirilən hər bir görüşdə qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlərin görüldüyünü bildirib, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.
Səyyar qəbulda iştirak edən kənd sakinləri ölkə Prezidenti İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də son illərdə rayonda, kənd ərazi vahidliyində görülən işlər barədə danışıblar.
Kənd sakinləri təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, təhsil, torpaq məsələləri, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb.
Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.Kürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilibKürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilibKürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilibKürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilibKürdəmirin Ərşəli kəndində səyyar qəbul keçirilib
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət