fim.az

Rövşən Rzayev qalmaqallı məmura niyə yüksək vəzifə verdi? – Rüşvət ittihamı

22-03-2019, 01:19

Rövşən Rzayev qalmaqallı məmura niyə yüksək vəzifə verdi? – Rüşvət ittihamı













Rövşən Rzayevin keçmiş korrupsioneri yüksək vəzifəyə təyin etməsi birmənalı qarşılanmayıb

Ötən ay Məcburi Köçkünlərin Sosial İnkişaf Fondununun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi vəzifəsinə təyin edilən Hacıqulu Sadıqovla bağlı məlumat var.

AzEuroNews.com-a verilən məlumatda bildirilir ki, Hacıqulu Sadıqov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin göstərişi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəy təyinat alıb. 2017-ci ildə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən korrupsiyaya əməllərinə görə qovulan Hacıqulu Sadıqovun yenidən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda yüksək vəzifəyə təyinat alması heç də yaxşı qarşılanmayıb.

Qeyd edək ki, Hacıqulu Sadıqov haqqında ölkə mətbuatında heç də məmura yaraşmayan məlumatlar yayılıb. Hacıqulu Sadıqovun adı mətbuatın gündəminə 2 il öncə Enetgetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəifəsində işləyərkən düşüb. Həmin vaxt Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova adlı xanı “Qafqazinfo” saytına müraciət edərək Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia etmişdi.

Məlumatda qeyd edilir ki, Hacıqulu Sadıqovun təyinatından Qaçqıkom rəhbərinin ətrafı narazı olsa da onlar Rövşən Rzayevə qarşı çıxa bilməyiblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin Hacıqulu Sadıqov kimi korrupsioner bir məmuru vəzifəyə təyin etməsinə gəlincə mənbəmiz idda edir ki, Rövşən Rzayevlə onun arasında vasitəçilik edən başqa bir məmur var. Həmin məmurun vasitəçiliyi ilə Qaçqınkom sədri Rövşən Rzayevlə görüşən Hacıqulu Sadıqov paytaxtdakı tanınmış restoranların birində görüşüblər.

Məlumata görə görüşdə Hacıqulu Sadıqov digər dördüncü iştirakçı Mahir Abbaszadənin vasitəsi ilə Rövşən Rzayevə “xoş gəldiniz” adı ilə ağır bir paket hədiyyə edib. Məhz görüşün dönüş nöqtəsini Hacıqulu Sadıqovun ağır paketi həll edib. Mənbə restorandakı görüşdən bir neçə gün sonra Hacıqulu Sadıqovun Mahir Abbaszadənin rəhbərlik etdiyi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda idarə rəisi təyinat edildiyini qeyd edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzEuroNews.com


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 345}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22