» » Sovla kəndində səyyar qəbul-görüş keçirilib

Sovla kəndində səyyar qəbul-görüş keçirilib

Sovla kəndində səyyar qəbul-görüş keçirilib

İyulun 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Sovla kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı.
Qəbulda kənd sakinləri kəndə gələn su kanalının əsaslı təmir olunmasından, kəndin zinə suyunu çıxaran kanalın təmizlənməsindən,Sovla kənd tam orta məktəbi üçün yeni binanın inşa olunmasından, həmçinin kənddə yeni tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər.Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.Sovla kəndində səyyar qəbul-görüş keçirilibSovla kəndində səyyar qəbul-görüş keçirilibSovla kəndində səyyar qəbul-görüş keçirilibSovla kəndində səyyar qəbul-görüş keçirilibSovla kəndində səyyar qəbul-görüş keçirilibSovla kəndində səyyar qəbul-görüş keçirilib
Oxşar xəbərlər
Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov
Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
Sənan Hacıyevin villaları: Gəncə Mədəniyyət İdarəsində işə qəbul neçəyədir? – Şok ittihamlar
ANONS! Bilal Əliyev və Əlixan Zeynalov  Şirvan MERO-da «bazar» açıb- ŞOK FIRILDAQLIQ - Cənab nazirin nəzərinə!
Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında
Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov haqqında bəzi jurnalistlərin gülünc yazılarına TUTARLI CAVAB - ÖZƏL
Yel qayadan nə apara bilər? - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev
Günün qoroskopu: kiçik maliyyə itkiləri olacaq
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR
Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı
Qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL
Azərbaycan nefti yenidən bahalaşıb
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət