» » Kürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilib

Kürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilib

Kürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilib
















İyulun 12-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Pirili kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
Pirili kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin tikintisi başa çatdırılıb, Asan Xidmət Kompleksinin binasının tikintisi bitmək üzrədir, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərcik salınır. Ceyhun Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır.
Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş elektrik dirəkləri və naqillərinin dəyişdirilməsini, qaz təchizatı, Pirili kənd tam orta məktəbinin əsalı təmir olunmasını,kənddaxili yolların təmir olunmasını, suvarma su təchizatı, kənd təsərrüfatı və torpaq məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonun 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisinə görə ölkər rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Kürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilibKürdəmirin Pirili kəndində səyyar qəbul-görüş keçirilib
Oxşar xəbərlər
Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov
Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
Sənan Hacıyevin villaları: Gəncə Mədəniyyət İdarəsində işə qəbul neçəyədir? – Şok ittihamlar
ANONS! Bilal Əliyev və Əlixan Zeynalov  Şirvan MERO-da «bazar» açıb- ŞOK FIRILDAQLIQ - Cənab nazirin nəzərinə!
Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında
Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov haqqında bəzi jurnalistlərin gülünc yazılarına TUTARLI CAVAB - ÖZƏL
Yel qayadan nə apara bilər? - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev
Günün qoroskopu: kiçik maliyyə itkiləri olacaq
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR
Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı
Qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL
Azərbaycan nefti yenidən bahalaşıb
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət