fim.az

Xırdapay kəndində səyyar qəbul keçirilb

9-08-2019, 09:23

Xırdapay kəndində səyyar qəbul keçirilb

Avqustun 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Xırdapay kənd inzibati ərazi dairəsinin Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qəbulu giriş nitqi ilə açaraq vurğulayıb ki, belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı.Bildirdi ki, Ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Qəbulda kənd sakinlərinin təbii qaz və elektrik enerjisi təchizatı, sosial müdafiə, pay torpaqlarına gedən arxların təmizlənməsi, kəndarasiı yolların təmiri, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Xırdapay kəndində səyyar qəbul keçirilbXırdapay kəndində səyyar qəbul keçirilbXırdapay kəndində səyyar qəbul keçirilbXırdapay kəndində səyyar qəbul keçirilb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 427}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22