» » Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilb

Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilb

Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilb

Avqustun 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Görüşdə rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya, eləcə də Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurdbayram kəndlərinə təbii qaz xəttinin çəkilişinə başlanılmasına görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüşdə sakinlərin təbii qaz, içməli su təminatı, sosial müdafiə, torpaq məsələləri,kəndin örüş sahəsinin sərhədlərinin müəyyən edilməsi, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevin tapşırığına əsasən icra orqanlarının rəhbərlərinin, dövlət məmurlarının əhali ilə bilavasitə yerlərdə görüşlərinin təşkil olunmasını çox mühüm amil kimi yüksək qiymətləndirdi. Ceyhun Cəfərov vurğulayıb ki, Kürdəmir rayonunda 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb. İlin sonunadək 2300 nəfərdən çox əhalinin yaşadığı Qarabucaq qəsəbəsi və qəsəbə ərazi dairəsinə daxil olan Qarabucaq və Qurdbayram kəndlərinə də “mavi yanacağ”ın verilişi təmin ediləcək ki, bununla da rayonumuzun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi başa çatdırılacaqdır. Rayon rəhbəri ölkə Prezidentinin Sərəncamlarına əsasən rayonda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərin tikildiyini və kənd yollarının yenidən qurulduğunu qeyd etdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilbQarabucaq qəsəbəsində səyyar qəbul keçirilbQarabucaq qəsəbəsində səyyar qəbul keçirilb
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət