» » GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR

GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ İNKİŞAF DÖVRÜNÜ YAŞAYIR


Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb.

Kollecin direktoru İrşad Abbasov bildirib ki, təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş görülüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılıb. Kollecin sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxanası təmir olunub, yeni plastik pəncərələr quraşdırılıb. Təhsil ocağına yeni avadanlıq və kompüterlər gətirilib. Kollecdə 30 mindən artıq kitab fondu olan böyük kitabxana yaradılıb. Elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir.

Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. On bir ixtisas üzrə 1100-dən çox tələbənin təhsil aldığı təhsil ocağında 120-ə yaxın müəllim çalışır. Tələbələr yalnız təhsil prosesində deyil, həm də kollecin ictimai həyatında da öz fəallıqları ilə seçilirlər. Ölkənin orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq bu təhsil ocağında yaradılan tələbə parlamenti tədris prosesində yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün iş aparır. Tez-tez kollecin idarə olunması rəmzi olaraq tələbə parlamentinin üzvlərinə həvalə olunur ki, bu da tələbələrin müstəqil idarəetmə bacarığını formalaşdırır. Kollecdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onların təhsilə marağının artırılması sahəsində vacib iş görür.

Hazırda təhsil müəssisəsində kompüter sinifləri mövcuddur və informatika dərslərində tələbələr 30-a yaxın kompyuterdən əyani vəsait kimi geniş istifadə edirlər. Bundan əlavə, tələbələr günün ikinci yarısında kompüter proqramları üzrə təşkil edilən məşğələlərdə iştirak edirlər. Təhsil müəssisəsinin internetə qoşulmuş kompüter mərkəzi vasitəsilə xarici ölkələrin ali və orta ixtisas məktəbləri ilə müntəzəm əlaqə saxlanılır, onların tədris proqramları öyrənilir və tətbiq olunur. Kollecdə tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasovdur.

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İrşad Abbasov bu işin müqəddəsliyini qoruyub saxlayır. İrşad Abbasov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İrşad Abbasovdan danışdılar yaxşı ki, İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru təyin olunub… İrşad Abbasov öz isguzarlığı ilə tanınır və seçilir….

İrşad Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İrşad Abbasovu heç vaxt əqidəsindən döndərə bilməz.

İrşad Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İrşad Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İrşad Abbasov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İrşad Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İrşad Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İrşad Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İrşad Abbasov özünü doğruldub. Bizdə hörmətli İrşad Abbasovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət