fim.az

Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL

23-09-2019, 14:08

Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL


Şər və Böhtan yazanlara tutarlı cavab - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti, Millət vəkili Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Cavid Qurbanovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti, Millət vəkili Cavid Qurbanova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu.

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti, Millət vəkili Cavid Qurbanovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Ancaq bununla yanaşı öz hədəflərinə və çirkin əməllərinə çatmaq istəyənlərdə az deyil.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti haqqında bəzi kiv-lərdə gedən məlumatlarda bu qəbildəndir.
Demək olar ki, bəzi kiv-lər Cavid Qurbanov haqqında xoşa gəlməyən informasiya yaysalarda bu belə deyil. "CAVİD QURBANOV ÜÇÜN İNSAN AMİLİ HEÇ DƏ ƏHƏMİYYƏT KƏSB ETMİR- ŞOK OLAY, SƏSYAZISI"

Bu xəbəri yayan bəzi kütləvi informasiya vasitələri onlara havadarlıq edənlər bilməlidirlər ki, onların dedikləri şər-böhtandan başqa bir işə yaramır.
Çətin ki, bu xəbərlərə kimsə inansın üçün ki, Cavid Qurbanov öz işində gücündə olan ancaq xalqına xidmət edən insandır. O, uzun müddətdir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir. Rəhbərlik dövründən indiyə qədər Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində bir sıra yeniliklərə imaz atıb, naliyyətlər əldə edib. Onun rəhbərliyi ilə Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoyub.

Bundan sonrda bu ənənə davam edəcək.

Elə bəzi kütləvi informasiya vasitələrinin atdıqları şər-böhat ancaq özlərinə ziyan verəcək.
Onların atdıqları şər ancaq özləri kimi olanların xəbəri olaraq qalır...

Ölkəmiz əsaslı yeniləşmə, sürətli inkişaf yolundadır. Son illər iqtisadiyyatın yüksək inkişaf tempinə görə Azərbaycan regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı ümumi inkişaf konsepsiyası dayanır



Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin, o cümlədən dəmir yolu sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu reallığı yüksək qiymətləndirən ümummilli liderimiz digər sahələrlə paralel olaraq iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsi, idarəetmənin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədi ilə dəmir yolunun tərəqqisinə də xüsusi diqqət və qayğı göstərirdi.



Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.

Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi bu il ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunub.


Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamı ilə bir müddət bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun sədr təyin olunması isə bu sahədə islahatların daha da sürətlənməsinə, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.

Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL







Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.

Bu gün QSC rəhbərliyi tərəfindən qurumun yeniləşdirilməsinə, tabe təşkilatların fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasına mühüm önəm verilir.

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2016-2021-ci illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.



Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏLCavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL
Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL

Cavid Qurbanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alır - ÖZƏL


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 557}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22