» » Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Oktyabrın 1-də Kürdəmir rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı qeyd edilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, prokurorluq işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə təzə-tər gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Kürdəmir rayon icra hakimiyyətinin akt zalında təşkil edilən tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdi, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzuladı. Ceyhun Cəfərov öz çıxışında bildirdi ki, ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən demokratik bir quruma çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə Respublikamızda hakimiyyətə gəldikdən sonra hər sahədə olduğu kimi hüquqi demokratik dövlət quruculuğu sahəsində də əsaslı islahatlar aparılmış, dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə 01 oktyabr - Prokurorluq orqanları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi bu diqqət və qayğının nəticəsidir.Müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyev qanunlarımızın aliliyinin qorunmasında Respublika prokurorluq orqanlarının fəaliyyətinə xüsusi əhəmiyyət vermiş, onların əməyini layiqincə qiymətləndirərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.”Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanları işçilərinin fəaliyyəti daim yüksək qiymətləndirilir, bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Pokurorluq orqanlarının maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, strukturunun təkmilləşdirilməsi üçün tədbirlər görülməkdədir.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif edildilər.Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət