fim.az

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan və oğlu Anar İsmayılovdan bəzi saytlar nə istəyir? - ÖZƏL

11-10-2019, 10:16

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan və oğlu Anar İsmayılovdan bəzi saytlar nə istəyir? - ÖZƏL



Yel qayadan nə apara bilər?

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Saatlı rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Saatlı rayon İcra başçısının oğlu Kanadada ev alıb". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir.

Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bu gün icra başçısı Nazim İsmayılov böyük əməyi nəticəsində Saatlı rayonu gündən-günə gözəlləşir, abadlaşır.

Fim.az-nun məlumatına görə Saatlı öz inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, bu Saatlıya yolu düşən hər kəsi heyran qoyur. Bu, Azərbaycanın hər bir vətəndaşında özünün şəhəri ilə bağlı qürur hissi oyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Saatlı rayonuna, onun zahiri gözəlliyinə, siyasi, iqtisadı, mədəni inkişafına diqqəti böyükdür.

Saatlını görən insanların hamısı etiraf edir ki, bir-iki il əvvəl Saatlıda xarici qonaq növbəti dəfə bu şəhərə gələndə onu tanıya bilmədiyini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləyir.

Bu, doğrudan da belədir. Rayon günü-gündən gözəlləşir, hər yanda yenidənqurma, tikinti-abadlıq işləri görülür. Yeni parklar, xiyabanlar, yaxud köhnə parklar o qədər zövq və mədəniyyətlə yenidən qurulur ki, iki göz istəyir tamaşasına dursun. Rayonun kəndlərinə asvalt yol çəkilir, bu sahədə nəhəng işlər görülür. Rayon məhəllə-məhəllə, küçə-küçə yenidən qurulur, görülən işlər göz oxşayır. Bu işlər indinin özündə də uğurla davam etdirilir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan və oğlu Anar İsmayılovdan bəzi saytlar nə istəyir? - ÖZƏLSaatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan və oğlu Anar İsmayılovdan bəzi saytlar nə istəyir? - ÖZƏLSaatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan və oğlu Anar İsmayılovdan bəzi saytlar nə istəyir? - ÖZƏL


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 166}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22