» » "Dağlıq Qarabağ məsələsində "status-kvo" qəbuledilməzdir"

"Dağlıq Qarabağ məsələsində "status-kvo" qəbuledilməzdir"

[img=left]https://img.redaktor.az/news/2019/11/photo_79424.png?v=201911081208[/img]
"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, tərəflərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirməyə sadiqliyimizi ifadə edirik".

Redaktor.az-ın xəbərinə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.

Səfir bildirib ki, həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişiklik baş verib: "Son aylar təmas xəttində baş verən itkilərdən narahatıq. Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır.

Eyni zamanda, Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin qeyd edək ki, bu salonda son iştirakınızdan sonra Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri iki ölkənin xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqtonda və BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər. Tərəfləri əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Bu il iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını da alqışlayırıq. Hələlik bu məsələlərdə razılaşma kifayət deyil. Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamaq, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb".

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv mühit yarada biləcək etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir: "Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə edə bilməlidirlər. Səfir Kaspşik, vəziyyəti qiymətləndirmənizi və qrupunuzun tərəflər arasında şəffaflıq və etimadın artırılması səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzsizdir və biz bu məsələdə sizi tam dəstəkləyirik. Həmsədrlərin vasitəçilik səylərini dəstəkləmək istiqamətində Slovakiya sədri ilə əməkdaşlığınızı və regionda vəziyyətin sabitləşdirilməsi üçün tərəflərlə sıx əməkdaşlığınızı yüksək qiymətləndiririk. Bu münaqişənin hərbi yolla həlli ola bilməz və "status-kvo" qəbuledilməzdir. Birləşmiş Ştatlar iştirakçı dövlətlərin bölüşdüyü, Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolunu tapmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir".
Oxşar xəbərlər
Rəhmətə gedən Qarabağ qazisinin ailəsini 2 həftədi işıqsız qoyublar..Mehriban xanıma müraciət - VİDEO
Şər və Böhtan yazanlara TUTARLI CAVAB - Əyyub Əyyubov
Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
Sənan Hacıyevin villaları: Gəncə Mədəniyyət İdarəsində işə qəbul neçəyədir? – Şok ittihamlar
Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında
Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov haqqında bəzi jurnalistlərin gülünc yazılarına TUTARLI CAVAB - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR
Yel qayadan nə apara bilər? - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Rəisi Nazim Ağayev
Günün qoroskopu: kiçik maliyyə itkiləri olacaq
Qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək
Göyçayın internat məktəbində direktorun korrupsiya əməlləri və özbaşınalığı müəllimləri ayağa qaldırdı
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib
Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL
Azərbaycan nefti yenidən bahalaşıb
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət