fim.az

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - SƏBƏB

8-11-2019, 13:00

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - SƏBƏB


Bir müddət öncə Bakının Nəsimi rayonunda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb. Sentyabrın sonlarında Bilgəhdə yaşlı ruhi xəstə qohumunu öldürdükdən sonra evinin yaxınlığında olan transformatora daxil olaraq intihar edib. Belə hadisələrə görə kimsə məsuliyyət daşıyırmı? Ruhi xəstələr hər hansı cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Keçmiş inspektor-təhqiqatçı, polis baş leytnantı Amil Nəbiyev Lent.az -a açıqlamasında ruhi xəstələrin heç bir cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:

“Ruhi xəstələr hər hansı cinayət tərkibli əməl törətdikdə həbs oluna bilməzlər. Xəstəxanaya yerləşdirilməlidirlər. Təkrar olaraq hansısa cinayət xarakterli əməl törətsə, anlaqsız hesab olunaraq yenə tutulub xəstəxanaya təhvil verilir”.

“Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov da ruhi xəstənin cinayət məsuliyyətinə cəlb olunmadığını, vurduğu ziyanın qəyyum tərəfindən ödənilməli olduğunu bildirib:

Azərbaycanda bu şəxslər adam öldürsələr də, həbs edilmir - SƏBƏB

“Ruhi xəstələr cinayət məsuliyyətinə yalnız o vaxt cəlb olunmur ki, onun fəaliyyət qabiliyyəti olmaması məhkəmədətəsdiq olunsun. Ancaq şəxsin fəaliyyət qabiliyyətli olmaması məhkəmədə təsdiq olunduqdan sonra məcburi şəkildə qəyyumluğun himayəsinə verilir. Buna görə də onun cinayət törədərkən vurduğu zərərə görə qəyyumu məsuliyyət daşıyır. Cinayət qanunvericiliyində göstərilir ki, ruhi xəstənin vurduğu ziyanı onun qəyyumu ödəməlidir. Ancaq ruhi xəstə kimisə öldürsə, qəyyum məsuliyyət daşımır. Çünki cinayəti törədən şəxs anlaqsızdır və onun əməli məhkəmədə təsdiqləndikdən sonra xəstəxanaya müalicəyə göndərilir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 305}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22