fim.az

Rauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEO

4-02-2020, 09:53

Rauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEO


Fevral ayının 3-də seçkiqabağı təşviqat prosesi çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu çox fərqli bir kampaniyaya imza atıb. Belə ki, namizəd 35 saylı dairənin ərazisində marşrutla bağlı şikayətlərin çox olmasını nəzərə alaraq, ictimai nəqliyyatdakı durumu şəxsən öyrənmək üçün bir neçə marşrut avtobusuna minib.

40 saylı marşrut avtobusunda sərnişinlərlə görüşüb, onların problemlərini dinləyən namizədin bu addımı maraq və təəccüblə qarşılanıb.

Sakinlər R.Arifoğluna daha çox avtobusların ölçüsünün balaca olmasından və sıxlıq yaşanmasından şikayət ediblər. Həmçinin marşrut xəttlərinin şəhərin mərkəzinə doğru getmədiyini, bir neçə marşrut dəyişdikləri üçün xərclərinin çox olduğunu deyiblər.

Sərnişinlərdən biri, İnqilab İsmayılov küçəsinin sakini isə binalardan çənlərin yığışdırılmasından sonra su məsələsində çətinlik çəkdiklərini deyib.



46 saylı marşrut avtobusunda da sakinlər ərazidə ictimai nəqliyyatın əhatə dairəsinin az olduğunu bildiriblər. Həmçinin təhsil sistemindəki problemlərdən, uşaqların kurrikulum proqramını mənimsəyə bilməməsindən şikayət edən valideynlər də olub.

Rauf Arifoğlu sakinlərlə söhbətində bildirib ki, vətəndaşları narahat edən ən kiçik məsələdən, ən qlobal problemə qədər hər bir detal onun üçün əhəmiyyətlidir və bu səbəbdən də fürsət olduqdca insanlarla birbaşa ünsiyyət qurmağa çalışır.

Nərgiz LİFTİYEVA
Fotolar: Məhəmməd TÜRKMƏN
Musavat.com


Rauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEORauf Arifoğludan daha bir kreativ addım: O, seçicilərin problemlərini ictimai nəqliyyatda dinlədi - FOTOLAR, VİDEO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 297}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22