fim.az

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar

5-02-2020, 14:58

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar


80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırsa da, fərdi görüşlərini davam etdirir.

Deputatlığa namizəd seçki qərargahında artıq 4-cü gündür ki, fərdi qaydada seçicilərini qəbul edir. Kəndlərdə görüşlər zamanı ona ünvanlanan məsələləri bir də nəzərdən keçirtmək üçün vətəndaşlarla görüşür.

Qərargahdan bildirilib ki, həm yerlərdə, həm də fərdi görüşlərdə hər bir seçici ölkə başçısı İlham Əliyevin apardığı daxili, xarici siyasətini dəstəkləyir, Birinci vitse-prezident Mehriban Əliyevanın və Prezidentin apardığı islahatlara “hə” deyir. Eyni zamanda, aparılan bu islahatların qorunması və dövlətçilik naminə ən layiqli, ən savadlı namizədlərdən biri olan Çingiz Qənizadəyə səs verəcəklərini qeyd edirlər.

Qeyd edək ki, Çingiz Qənizadə hər gün 50-dən çox seçicini fərdi qaydada qəbul edir.

Görüşlər zamanı Çingiz Qənizadə tərəfindən insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Deputatlığa namizəd hər bir müraciətə diqqətlə yanaşır. Bəzi işləri isə xüsusi nəzarətə götürür.

Çingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - FotolarÇingiz Qənizadə fərdi görüşlərini davam etdirir - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 384}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22