fim.az

Anar Məmmədov təbliğata başladı - Fotolar

18-01-2020, 13:44

Anar Məmmədov təbliğata başladı - Fotolar


96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatlığa namizəd Anar Məmmədov təbliğat-təşviqat kampaniyasına start verib.

Gənc namizəd bu gün YAP-ın nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsini yad edib.

Anar İlyaz oğlu Məmmədovun tərcümeyi- halını təqdim edirik:

1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1991-2001-ci illər orta məktəbdə təhsil alıb.

2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub.

2001-ci ildə ulu öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən mükafat alıb.

2001-ci ildən YAP-ın üzvüdür (19 il).

2001-ci ildə TQDK sədrinin tərəfindən Təşəkkürnamə alıb.

2002-2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub.

2002-2005- ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər təşkilatının sədri olub.

2001-2005- ci illər AzTU üzrə təbliğat və təşkilat kompaniyasının təşkilatçısı olub.

2001-2005-ci illərdə Prezident, Referendum, Bələdiyyə və Deputat seçkilərində Yasamal r-nu 31 saylı 16 cı dairə seçki məntəqəsinin komissiyanın üzvü olub.

2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.

2005-2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb.

2005-2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub (çavuş rütbəsi alıb).

2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub.

2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.

2006-2009-cu illərdə Bakı şəhər Nəqliyyat departamentində bölmə rəisi işləyib.

2012-ci ildən bugünə gədər AAYD Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

Atası 1948-ci ildə Qərbi Azərbaycanda anadan olub. 50 ildən artıq DDY-də yüksək vəzifələrdə çalışıb. Son 25 il DDYV-nın rəisi işləyib. Yaşı ilə əlaqədar təqaüdə çıxıb. Hazırda Prezident təqaüdçüsüdür.

Anar Məmmədov təbliğata başladı - FotolarAnar Məmmədov təbliğata başladı - FotolarAnar Məmmədov təbliğata başladı - FotolarAnar Məmmədov təbliğata başladı - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 20}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22