fim.az

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edib

20-02-2020, 17:22

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edib


İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ardıcıl və sistemli olaraq yerlərdə qəbullar, görüş-qəbullar keçirir, nəticələr barədə də bir qayda olaraq sakinlərə vaxtında məlumat verilir. Növbəti qəbul fevral ayının 20-də Xanagah kəndində keçirilib. RİH-nin başçısı Mirdaməd Sadıqov ilk olaraq görülən çoxsaylı uğurlu işlərdən danışıb və qalan problemlərin ona bəlli olduğunu, aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirildiyini deyib.
Qəbula gələnlərdən Əhmədpaşa Mirzəyev 3 ailənin bir qaz sayğacından istifadə etməsinin düzgün olmadığını deyib. Məsələni qanunauyğun həll etmək icra nümayəndəsinə və qaz istismarı sahəsinin rəisinə tapşırılıb.Mirzəyev onu da xahiş edib ki, Axoxçayın kəndə tərəf olan hissəsində bənd tikintisinə, kənd qəbirstanlığının ətrafının hasarlanmasına köməklik göstərilsin. Vəzirxan Fətəliyev ümumi orta məktəbin tam orta məktəbə çevirilməsinə, Adilşah Mirzəyev poçt şöbəsinin və tibb məntəqəsinin açılmasına, Zahir Məhərrəmov elektrik xətlərinin təmiri və yeni transformator qoyulmasına, xətlərin kabelləşdirilməsinin davamına yardımçı olmağı xahiş ediblər.Natəvan Rəsulova qaynı ilə torpaq mübahisəsinin mövcudluğunu deyib və məsələnin həlli üçün köməklik istəyib. Qəbulda bəzi sosial məsələlərdən də danışılıb. Hər bir təklif, xahiş və istəyə RİH-nin başçısı Mirdaməd Sadıqov qanuna əsaslanan aydınlıq gətirib, icrası rayon təşkilatlarına aid olan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edibİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edibİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edibİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xanagah kəndində sakinləri qəbul edib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 76}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22