fim.az

Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb

27-02-2020, 09:33

Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb


Tarixi düşmənlərimiz olan ermənilərin havadarları ilə birgə yalnız Azərbaycana deyil,bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar İsmayıllı rayonunda müxtəlif məzmunlu tədbirlər, hüzn məclisləri, müsabiqələr, xatirə turnirləri,hadisələrin şahidləri ilə görüşlər, yardımlaşma aksiyaları keçirilib.
Fevral ayının 26-da isə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş hüzn yürüşü keçirilib. Yürüş başlanğıcını şəhərin mərkəzi meydanından götürüb, Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçəsinin kəsişdiyi yerdə ucaldılmış “Ana harayı” abidəsinədək davam edib.
Burada 6 min nəfərdən çox ziyarətçinin iştirakı ilə hüzn mitinqi keçirilib. Əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin önünə əklil qoyub. Sonra tədbiri giriş nitqi ilə rayon veteranlar Şurasının sədri Əlaləm Babayev açıb. Xocalı şəhidlərinin,Qarabağ müharibəsində şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cümə məscidinin dini icma sədri və imamı Vasif Teymurov,Laçın rayonundan məcburi köçkün düşmüş Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev çıxış ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycanda olduğu kimi İsmayıllıda da şəhidlərin əziz xatirəsi anılır. Ziyarətçilərin axını bir daha onu sübut edir ki, tökülən qanlar yerdə qalmayacaq, torpaqlarımız işğaldan azad olunacaq, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti,ədalətli mövqeyi sayəsində Böyük Qələbə sevincini yaşayacağıq.
Hüzn mitinqi yekunlaşandan sonra iştirakçılar şəhidlərin ruhunu xatirə kompleksinə qül qoymaqla yad ediblər.
Ziyarət başa çatdıqdan sonra iştirakçılar şəhər Mədəniyyət mərkəzinə gəlib və Elxan Elatlının Mübariz İbrahimova həsr etdiyi romanı əsasında hazırlanmış faciəvi tamaşaya baxıblar.Xalq teatrının hazırladığı tamaşada daha çox Xocalı hadisələrinə yer verilib.


Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıbXocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıbXocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıbXocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda möhtəşəm yürüşlə anılıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 547}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22