fim.az

İlham Əzimovun uğurlu xidmətləri sayəsində Bərdə rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub

13-05-2020, 10:22

İlham Əzimovun uğurlu xidmətləri sayəsində Bərdə rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub


Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Bərdə rayon 43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimovun uğurlu xidmətləri sayəsində Bərdə Rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Bərdə Rayonuna gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Bərdə Rayonunda da uğurla davam etdirilir.

İlham Əzimovun uğurlu xidmətləri sayəsində Bərdə rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub


İlham Əzimovun rəhbərliyi ilə Bərdə Rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün İlham müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, İlham Əzimovun güclü idarəetmə bacarığı sayəsində 43 saylı Yol İstismar İdarəsi MMC qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə İlham Əzimovun kollektivi Bərdədə yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Bərdə Rayon sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
43 saylı Yol İstismar İdarəsi MMC-nin uğurları göz qabağındadır.
İlham Əzimov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. İlham müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O, hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq, fəxr etmişik.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 67}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22