fim.az

Orbita MTK | Sizin də eviniz olsun! - ÖZƏL

18-05-2020, 14:07

Orbita MTK | Sizin də eviniz olsun! - ÖZƏL


"Orbita MTK"-nın rəhbəri Famil Bağıyev - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Ölkədə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə dövlət tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilir, eyni zamanda, əhalinin həssas təbəqəsindən olan insanların, həmçinin aztəminatlı ailələrin sosial durumu diqqət mərkəzində saxlanılır.

"Orbita MTK"-nın rəhbəri Famil Bağıyev da ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, tənhalara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərir.

"Orbita MTK" sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin ediləcək.
Yaşayış Kompleksinin birinci mərtəbəsi sosial və kommersiya yönlü obyektlərin yerləşdirilməsi üçün satışa təklif olunur. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətyanı sahəsi sakinlərin tam sərəncamına veriləcək. Burada uşaqlar üçün oyun, yaşlılar üçün istirahət yerləri yaradılacaq. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə yeraltı dayanacağa daxil olacaq.

Özünə məxsus üslubda inşa edilən bu yaşayış kompleksinin görkəmi onu qəsəbənin bütün digər binalarından fərqləndirəcək.
Yaşayış Kompleksinin tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri, təməldə olan istinad divarlarının nəmə və qrunt sularına qarşı ikiqat müdafiəni təmin edəcək. Bina yüksək seysmik davamlığa malik olacaq.

Tikinti işlərinə artıq başlanılıb. Mənzillər satışa tam dizayner təmirli təklif olunurlar. Təmirsiz mənzil almaq istəyən alıcılar mənzillərində təmir işlərini bina təhfil verilən tarixə kimi başa çatırmalıdırlar. Buda öz növbəsində bina təhfil verildikdən sonar bu kimi işlərlə bağlı səs-küyün və digər narahatçılıqların aradan qaldırılmasına zəmin yaradacaq. Binanın fasad görkəmini həmçinin blokların görkəmini, layihəsini dəyişə biləcək işlərə icazə verilməyəcək! Mənzillərdə təmir zamanı, binanın konstruksiyasına xələl gətirə biləcək işlərin aparılmasına icazə verilməyəcək!

"Orbita MTK" Yaşayış Kompleksində təklif olunan mənzillərin sahələri, qiymətləri və təmir üslubu, burada mənzilləri alanların yüksək statuslu insanlar olacaqlarını deməyə əsas verir..



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 20}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22