fim.az

Şər və böhtan yazanlara tutarlı cavab - Rüstəm Xəlilov

19-05-2020, 14:05

Şər və böhtan yazanlara tutarlı cavab - Rüstəm Xəlilov


Jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alır

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilovla bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...

Onu da unutmaq olmaz ki, Rüstəm Xəlilov həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Rüstəm Xəlilov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Bu gün ölkə həyatına diqqət yetirəndə təbii ki, daha çox göz oxşayan bir gerçəklik insanın ovqatını xoş edir. Bu da həm insanların iş yerinin olması, həm də bu iş yerinin mahiyyətinin ürək açmasıdır. Yəni aparılan tikinti-abadlıq işləri həm ölkəmizi gözəlləşdirir, həm də bu gözəlliyi yaradanların özləri, ailələri sosial cəhətdən daha yaxşı təmin edilmiş olurlar. Bax, bu mənada regionların inkişafına dair Dövlət Proqramının mərhələlərini izlədikcə insan özündən asılı olmadan bir fəxarət hissi yaşayır. Bu da əvvəldə dediyim kimi, gözəlləşən Azərbaycanımız və rifah halı yaxılaşan Azərbaycan vətəndaşının durumudu.

Bəli, Hacıqabul rayonu ölkənin paytaxtından çox da uzaqda yerləşmir. Necə deyərlər, magistral yolun kənarında olan rayon mərkəzi, eləcə də onun digər kəndləri, yaşayış məntəqələri həm rayonun özünə, həm də onun digər yaşayış məntəqələrinə səfər edən hər kəsdə müəyyən bir müsbət hisslər oyadır. Çünki səfərlər yeniləşdikcə adı çəkilən bölgədə aparılan yenidərqurma da, bərpa işləri də, hətta təmir-abadlığın özü də dərhal adamın gözünü oxşayır. Baxıb görürsən ki, bir il, ay bundan öncə gördüyün mənzərə kökündən dəyişibdi. Təbii ki, bu da bacarıqlı rəhbərliyin və zəhmətkeş insanların fəaliyyəti nəticəsində həyatda təsdiqini tapır. Bir müddət öncə rayona səfər edərkən gördüklərim məni də özünə çəkdi. Məhz həmin hisslərin təsiri altında qeyri-ixtiyarı rayon mərkəzini gəzib dolaşdım. Açığını etiraf edim ki, Hacıqabulda gözlə görünüb könül oxşayan xeyli yeniliklər baş vermişdi. Elə həmin uğurlu inkişafına rəqəmlərlə ifadəsi də dediklərimizi təsdiq edir. Yəni Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun qısa müddət ərzində rayonda həyata keçirilmiş sosial-iqtisadi proqramın nəticələri ilə bağlı rayon fəallarına verdiyi hesabatdan məlum olmuşdu ki, bu ildə Hacıqabul rayonunda yaddaqalan hadisələr baş vermiş və bu əlamətdar hadisələrin də hər birinin arxasında hacıqabulluların böyük əməyi, alın təri dayanmışdı.

Bəli, bu gün Hacıqabulda kənd təsərrüfatı və bütövlükdə iqtisadiyyatın bütün sahələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın da məqsəd və məramı hər kəsin rifah halını yüksəltməkdir. Hacıqabulda bunu çox gözəl dərk edən zəhmət adamları Azərbaycan prezidenti İlham Əliyev cənablarının onlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq daha həvəslə işləyir və öz rayonlarının həm ümumi mənzərəsinin, həm də sosial durumunun yüksəlməsi üçün ürəklə, inamla, ilhamla işləyirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 77}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22