fim.az

Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz Əhmədzadə

22-05-2020, 09:00

Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz Əhmədzadə


Jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alır

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadə ilə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa,

Onu da unutmaq olmaz ki, Mübariz Əhmədzadə həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Mübariz Əhmədzadə bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.

Zaqatala rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilərək bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər daha da gücləndirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlərin miqyası genişləndirilmişdir.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq işsiz və aztəminatlı vətəndaşlar üçün həyata keçirilən güclü sosial müdafiə tədbirlərinə uyğun olaraq rayonda ictimai işlərə imkansız və işsiz vətəndaşların cəlb olunması, vətəndaşlara pensiya və sosial müavinətlərin təyin olunması, əmək qabiliyyətini itirmiş şəxslər barədə əlilliyin müəyyən edilməsi, müxtəlif təyinatlı yardımlara ehtiyacı olan ailələrin müəyyən edilərək dəstəklənməsi sayəsində aidiyyəti qurum rəhbərlərinə, ərazi icra nümayəndəliklərinə ciddi tapşırıqlar verilmiş və nəzarəti təmin etmək üçün şəlahiyyətli şəxslərdən ibarət tərkibdə komissiyalar yaradılaraq fəaliyyəti tənzimlənmişdir. Aprel 2020-ci il tarixdə 200 nəfərdən artıq işaxtaran vətəndaşın ictimai işlərə cəlb olunması, müxtəlif xətlərlə 3000 nəfərə yaxın imkansız və güzəştli qrupdan olan ailəyə yardımların verilməsində şəffaflıq, ünvanlılıq, hər bir payın öz sahibinə çatdırılması təmin olunmuşdur.


Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadə - Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir.


Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz ƏhmədzadəBəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Mübariz Əhmədzadə


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 32}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22