fim.az

General-mayor Natiq Əliyev: Hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var

3-06-2020, 11:17

General-mayor Natiq Əliyev: Hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var


Son illər Azərbaycan Silahlı Qüvvələrində gedən modernləşmə prosesi hərbi səhiyyə sahəsində də özünü göstərməkdədir. Hərbi hospitallar yenidən qurulur, təmir edilir, tibb bölmələri müasir sanitar nəqliyyat vasitələri və avadanlıqlarla təmin edilir.

Müdafiə Nazirliyində tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiq üsulları, bütövlükdə, hərbi təbabətin inkişafını müəyyən edən əsas qanunauyğunlara tabedir. Bu baxımdan, hazırkı tarixi mərhələdə cəmiyyətin ictimai-siyasi təşkilatlanması, ölkədə iqtisadiyyatın inkişafı, hərbi işin vəziyyəti, Silahlı Qüvvələrin dinc dövrdəki hazırlığı və müharibə dövründəki fəaliyyəti, tibb elminin və səhiyyə sisteminin inkişaf səviyyəsi əhəmiyyətli rol oynayır. Tibb xidmətinin təşkilat quruluşu və ayrılıqda konkret tibbi qurumun ştatı Müdafiə Nazirliyinin müəyyən etdiyi ümumi qanunauyğunluqdan başqa, həm də tibbi təminatın xüsusiyyətindən və həmin quruma verilmiş tapşırıqdan asılıdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidmətinə metodik rəhbərliyi, tibbi əmlakla təchizatı, kadrların seçilməsi və yerləşdirilməsini, elmi-tədqiqat və müalicə-profilaktika fəaliyyətini koordinasiya və təşkil edən əsas rəhbəredici inzibati orqan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsidir. Tibb Baş İdarəsinin rəisi tibb xidmətinin tabeliyində olan və eləcə də, xüsusi qüvvə və vasitələrinə rəhbərlik edir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi ona tabe olan tibbi hərbi hissə, müəssisələr və bölmələrin vasitəsi ilə Müdafiə Nazirliyində tibbi təminatı həyata keçirir. İstifadə olunan bu sistem tibb xidməti fəaliyyətinin idarə (koordinasiya) olunmasını və tibbi təminatın təşkili üzrə qərarlar qəbul edilməsini, sülh və müharibə dövründə hərbi qulluqçuların həyatının və sağlamlığının qorunması üçün tədbirlər keçirilməsini təmin edir.

Tibb xidmətinin vəzifəsi yalnız yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdir.


Fim.az olaraq bu şərəfli insan - Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevdir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

General-mayor Natiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür, Gənclər və İdman Nazirliyi Antidopinq Komitəsinin sədridir. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.

Hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev - Ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətləri olub
.
"Bu gün fəxrlə demək lazımdır ki, ulu öndər Heydər Əliyevin vaxtı ilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır", sözləri artıq reallığa çevrilib". Hərbi qulluqçuların istifadəsinə verilən hərbi tibb müəssisəsi o dövr üçün postsovet məkanında analoqu olmayan idi. Əlamətdar haldır ki, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev altımərtəbəli müasir cərrahiyyə korpusunun açılışda iştirak edib. Ümumi sahəsi 30 min kvadratmetr olan 560 çarpayılıq, müasir avadanlıq ilə təchiz olunan 27 müalicə-diaqnostika bölməsindən ibarət ikinci müalicə koprusu da 2013-cü il iyunun 25-də Ali Baş Komandan cənab İlham Əliyevin xeyir-duası ilə hərbi qulluqçuların istifadəsinə verilib.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov daim Silahlı Qüvvələrin Baş Klinik Hospitalının inkişafına qayğı göstərir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 150}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22