fim.az

Pirallaı icra hakimiyyətində insident... - Başçı məsələni ört-basdır edir...

18-07-2020, 21:58

Pirallaı icra hakimiyyətində insident... - Başçı məsələni ört-basdır edir...


Dünən Pirallahı rayon icra hakimiyyətində insident baş verib. Bu barədə Fim.az-a RİH-dəki qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, insident zamanı Pirallahı RİH kadrlar şöbəsinin xanım əməkdaşlarından biri döyülərək xəsarət alıb.

İnsidentin hansı səbəbdən baş verdiyi Fim.az-a məlum olsa da, etik səbəblərdən hadisənin təfərrüatınıvə döyülən qadının kimliyini açıqlamırıq.

Burada diqqət çəkən məqam isə ondan ibarətdir ki, olaydan icra başçısı Vasif İmanov xəbər tutsa da, məsələni ört-basdır etməyə çalışır. Mənbə Fim.az-a bildirir: "Xanım əməkdaş xəsarət alsa da, bu olay nə polisdə, nə də həkimdə sənədləşdirilmədi. Hər şey başçının göstərişi ilə olub. Döyülən qadın əməkdaş da yəqin işini itirmək qorxusundan səsini çıxartmayacaq. Amma baş verənlər biabırçılıqdır və dövlətin müvafiq qurumları bu məsələni araşdırmalıdır.

Bəlkə də bu hadisə ilə Vasif İmanovu vəzifəsindən ata da bilərlər. Ona görə başçıya hamıya bu barədə danışmağı qadağan edib".

Fim.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 600}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22