fim.az

Lotu Quli Kərəm Həsənova yaxın şəxsin otelinə necə yerləşib?

2-09-2020, 14:31

Lotu Quli Kərəm Həsənova yaxın şəxsin otelinə necə yerləşib?


Azərbaycanlı "qanuni oğru”, Lotu Quli kimi tanınan Nadir Səlifovun qətli ətrafında müəmmalar davam edir.

Fim.az ANAXEBER.info-ya istinadən bildirir ki, qatıl bəlli olsa da, olayın motivi barədə müxtəlif versiyalar səsləndirlir. Bu hadisədə maraqlı məqamlardan biri də Lotu Qulinin qətlə yetilidyi otellə bağlıdır. Qeyd edək ki, "qanuni oğru” Türkiyənin Antalya şəhərində yerləşən "Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib. Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir və şəhərin ən elit otellərindən sayılır.

Mediada gedən xəbərlərə görə, otel əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olub. 2019-cu ildə isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb. "Vertex İnvestment Limited” isə "Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. Bəzi iddialara görə, Sərxan Babayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, hazırda Prezident Adminstrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxın şəxsdir.

Bildirilir ki, bu şəxs Kərəm Həsənovun biznes strukturlarını idarə edir. O, vaxtilə "DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb. Bu iddialara hələ ki, heç bir reaksiya verilməyib. Lotu Qulinin hansı səbəbdən həmin oteli seçməsi, ümumiyyətlə "qanuni oğru”nun ora necə yerləşməsi sualı isə açıq qalır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 754}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400