fim.az

Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?

11-09-2020, 16:57

Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?


 
Tanınmış jurnalist bu addımı haqda sosial şəbəkə hesabında məlumat verib: “Kaspi” qəzetinin baş redaktoru vəzifəsindən gedirəm. Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”.
Qeyd edək ki, “Kaspi” qəzetinin təsisçi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Bundan öncə isə qəzetdə maliyyə sıxıntılarının olduğu və bu səbəbdən kütləvi ixtisarların aparılması haqda məlumatlar yayılmışdı.

Bəs əslində nə baş verir? “Kaspi” qəzeti doğrudanmı maliyyə sıxıntıları yaşayır və baş redaktorun media orqanını tərk etməsinin əsl səbəbi budurmu?

“Kaspi” qəzetinin maliyyə mənbələrinin təffərrüatlarının təqdimatını verməzdən öncə bir məqamı vurğulamaq istərdik ki, baş redaktor postundan istefa verməsi heç də maddi sıxıntılarla bağlı deyil. Görünür, baş redaktor bu addımı ilə ictimaiyyətə “mən artıq Əli Həsənovla bir yerdə deyiləm” mesajını verməyə çalışıb. Başqa sözlə, o “batan gəmi”ni tərk etməklə gələcək işgüzar karyerasının qayğısına qalmış olub.

İndi isə “Kaspi” qəzetinin maliyyə sıxıntıları çəkməsi haqda deyilənlərin və yazılanların nə qədər həqiqəti əks etdirdiyini araşdırmağa çalışaq.

Xüsusi qeyd etməyə də lüzum yoxdur ki, “Kaspi” qəzeti və eyni adlı sayt Əli Həsənovun ailə şirkətləri siyahısındadır. Onu da unutmayaq ki, Əli Həsənov iş başında olduğu uzun illər ərzində adıçəkilən media quruluşları üçün həsəd aparılacaq maddi baza formalaşdırmağa nail olub. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, istefa vermiş keçmiş baş redaktor eyni zamanda Media Servis şirkətinin sahibidir. Bu şirkətin fəaliyyətini araşdırarkən ortaya maraqlı mənzərə çıxır. Belə ki, sən demə bu şirkət Bakcell və digər mobil şirkətlərinin mediada yerləşdirilən reklamları üzrə illərdir monopoliyanı həyata keçirir. Təbii ki, bu məhz Əli Həsənovun sayəsində mümkün olub.

Məlumat üçün bildirək ki, Bakcell “Neqsol Holdingə aiddir, adıçəkilən Holdinqin rəhbəri isə məşhur iş adamı Nəsib Həsənovdur. Belə bir monopoliyanın həyata keçirilməsi isə Əli Həsənovun Nəsib Həsənovdan xahişi olmadan baş verə bilməzdi. Çünki əks təqdirdə Nəsib Həsənov özünün və şirkətinin necə bir qara PR ilə üzləşəcəyini yaxşı bilirdi. Bu minvalla da Əli Həsənovun ailə biznesinə daxil olan “Kaspi” qəzeti və kaspi.az saytı illərdir, Bakcell və Nar mobil operatorlarının reklamları üzrə keçirilən bütün tenderlərin qalibi olub. Uzun illərdir ki, “Kaspi” qəzeti həm də kifayət qədər böyük gəliri olan bu monopoliyaya da nəzarət edir.

Nəticədə mobil rabitə şirkətlərindən ölkə mediası üzrə bölünməli olan reklam vəsaitlərinin onlara çatmasının qarşısı alınıb. Yəqin ki, hörmətli Nəsib müəllimin xəbəri yoxdur ki, onun şirkətinin reklamını paylayan şəxslər sivil reklamçılıq prinsiplərinə riayət etmək əvəzinə nüfuzlu saytlara 100 manatlıq kontur təklif edərək öz missiyalarını bitmiş hesab edirlər.

Böyük maliyyə maxinasiyaların baş verdiyi bu sahədə elə bir vəziyyət yaradılıb ki, bəzi saytlara konturla şirkətlərin press-relizlərini barter etmək, qismən böyük saytlara isə şirkət sahibinin nüfuzundan sui istifadə edərək təzyiqlə xəbər yerləşdirmək yolu seçilir.

Qazanan tərəf isə bəllidir – “Kaspi” qəzeti.

İndi isə maliyyə sıxıntıları haqda hay-həşir salmaq sadəcə iz azdırmaqdır.
Sirr deyil ki, inkişaf etmiş Avropa və dünya ölkələrində media layihələrinin qazancı reklam gəlirlərindən formalaşır. Ancaq təəssüf hissiylə bildiririk ki, Əli Həsənovun korrupsioner fəaliyyəti nəticəsində Azərbaycan mediasının reklam bazarı tamamilə çökdürülüb. Çünki bu bazarı inhisara alan şirkətlər məhz Əli Həsənovun tapşırığı ilə reklam bazarını formalaşdırıblar.(Sfera.az).


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 309}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331