fim.az

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR

17-09-2020, 14:00

Nazir polis polkovniklərinin yerini dəyişdi - ƏMR


Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.

“MediaPost” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı bölüyünün komandiri vəzifəsinə təyin edilib.

Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci patrul xidmətinin komandiri olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 332}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22