fim.az

Eldar Əzizovdan Bakı sakinlərinə XƏBƏRDARLIQ

9-10-2020, 13:20

Eldar Əzizovdan Bakı sakinlərinə XƏBƏRDARLIQ
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə Covid-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.


Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 228}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22