fim.az

Deputat: “Təcavüzkar Ermənistan yürütdüyü işğalçılıq, terror və faşist siyasətinin acısını yaşamaqdadır”

15-10-2020, 14:38

Deputat: “Təcavüzkar Ermənistan  yürütdüyü işğalçılıq, terror və faşist siyasətinin acısını yaşamaqdadır”


“Törətdiyi təxribatlara cavab olaraq qəhrəman Azərbaycan ordusunun əks-hücum həmlələrinə cavab verə bilmyib, qorxaqcasına qaçan təcavüzkar Ermənistan üzləşdiyi məğulibyyətin acısını dinc insanlara qarşı xaincəsinə törətdiyi qanlı terror aktları ilə çıxmaq istəyir. Azğın düşmən bu çirkin niyyəti ilə həm də münaqişənin coğrafiyasını genişləndirib başqa ölkələri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrini bu prosesə cəlb etmək istəyir”.
Bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, təcavüzkar Ermənistan bu fitnəkar məqsədinə nail olmaq üçün cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlaırnda dinc əhalini qadğan olunmuş silahlardan istifadə edərək qanlı terror aktları törədir. “Azğın düşmənin həyata keçirdiyi vandalizm, qanlı terror aktı nəticəsində sentyabrın 27-dən bu günə 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb.Bundan başqa, 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb. Bu cür vəhşilikləri və qanlı terror aktlarını həyata keçirməklə terrorçu Ermənistan əsl mahiyyətini dünyaya nümayiş etdirməkdədir. Ermənilər belə hərbi cinayət xarakterli terror hadisələrini ilk dəfə deyil ki, dinc insalara qarşı keçirib. Faşistlər hələ 1992-ci ildə Xocalıda dinc insanlara qarşı qanlı terror aktı həyata keçirərək soyqırım törətdilər. Onların bu cür insanlığa sığmayan vəhşilikləri barədə çoxsaylı faktlar sadalamaq olar. Artıq qəhrəman Azərbaycan ordusu azğın düşməni onu başa düşə bildiyi qaydada başa salmaqdadır. Qəhrəman ordumuzun qarşısında tab gətirə bilməyən terrorçular silah-sursatlarını, hərbi texnikalarını ataraq canlarını qurtarmağa çalışırlar”- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, artıq təcavüzkar Ermənistanın baş naziri Paşinyan da oktyabrın 14-də xalqına etdiyi müraciətdə Azərbaycan ordusunun qələbəsini etiraf etmək zorunda qaldı: “Paşinyan üçün nə qədər ağır və acı olsa da ermənilərin çoxsaylı itkilər verdiyini də etiraf etmək zorunda qaldı. Təcavüzkar Ermənistan ümumiyyətlə bu gün yürütdüyü yanlış işğalçılıq, terror və faşist siyasətinin acısını yaşamaqdadır. Sülh dili ilə danışmaq istəməyən təcavüzkar azğın düşməni indi qəhrəman Azərbaycan ordusu başa düşüdüyü dildə başa salıb torpaqlarımızdan Allahında sevmədiyi heyvan olan donuzu necə tarladan çıxararlar o cür də çıxarmaqdadırlar. İndi isə əl-ayağa düşüblər ki, atəşkəs oldun və münaqişəni sülh yolu ilə həll edək. Cənab Ali Baş Komandanın dediyi kimi, vaxt verək ki, düşmən yenidən güc toplasın və işğalçılıq siyasətini və hərbi cinayətlərini davam etdirsin? Biz gördük. Bu artıq mümkün deyil. Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı razılaşma imzalandı. Nəticəsi nə oldu? Hansı ki, humanitar atəşkəs düşmənin çoxsaylı yalvarışından sonra Moskva tərəfinin vasitəçiliyi ilə əldə olunmuşdu. Əldə olunan razılaşmanı pozaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncədə dinc əhaliyə qarşı qanlı terror aktı törətdi. Dünya birliyi terrorçu ermənilərin imzaladıqlaır sənədə necə əməl etdiyinə şahidlik etdi. Hesab edirdilər ki, bu cinayətkar əməlləri ilə Azərbaycanı təxribata cəlb edib münaqişənin coğrafiyasını dəyişməyə nail olacaqlar. Alınmadı. İflasa uğradılar. Əksinə özləri öz qurduqlaır oyunun qurbanına çevrilməkdədirlər. İstər təcavüzkar Ermənistanın, istərsə də oyuncaq separatçı rejimin başçısı Arutyunyan dünyada yaşayan ermənilərə müraciət edərək Qarabağda savaşa səsləyir. Bu əslində ermənilərin acı məğlubiyyətinin etirafıdır. Bəs deyirdiniz ki, kimsə sizə qalib gələ biməz. Nə oldu?! İndi Azərbaycan ordusunun əlindən gizlənməyə yer tapa bilmirsiniz. Qaçırsınız, dünyaya yalvarırsınız. Bu gün qəhrəman Azərbaycan əsgəri indiyədək verdiyimiz şəhidlərin qisasını alır, xalqımıza qarşı hərbi cianyət törədən şəxsləri döyüş meydanında məhv edir.

Azərbaycan bir şərtlə sülh danışıqlarına razı ola bilər. Cənab Prezidentin dediyi kimi işğalçı qoşunun işğal etdiyi torpaqlardan çıxması ilə bağlı konkret təqvim planı verilməlidir və bu təqvim planına ciddi əməl olunmalıdır. Ancaq Azərbaycanın şərtləri daxilində sülh danışıqları baş tuta bilər. Əks təqdirdə məsələ döyüş meydanında həll olunacaq.

Terrorçu və faşist ermənilərdən fərqli olaraq Azərbaycan ordusu mülki əhalini deyil, hərbi obyektləri və qüvvələri hədəf seçir. Onsuz da rəşadətli Azərbaycan ordusu döyüç meydanında azğın düşmənə qan uddurmaqdadır. Odur ki, qələbə elə də uzaqda deyil. Nə qədər gec deyil təcavüzkar Ermənistan rəhbərləri baş verənlərdən nəticə çıxarsın. Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımız qısa zamanda işğaldan azad ediləcək və bayrağımız Qarabağ səmasında əbədi dalğalanacaq!”

Azərbaycanın bu haqq davasında dəstək verdiyinə görə Türkiyə və Türk mediasına təşəkkürünü bildirən millət vəkili qeyd edib ki, Türkiyə mütləq münaqişənin sülh yolu ilə həllinə birbaşa cəlb edilməlidir: “Türkiyənin iştirakı olmadan bölgədə dayanıqlı sabitliyi və sülhü bərpa etmək mümkün olmayacaq. Çünki dünyanın güclü dövləti olmaqla yanaşı, regional gücdür. Kimsə onun rolunu dana bilməz. Son illərdəki təcrübə göstərir ki, bölgədə Türkiyəsiz hər hansı problem öz ədalətli həllini tapa bilməz. Odur ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində aparılan danışıqlarda birmənalı şəkildə iştirak etməlidir. Türk mediası isə bu haqq savaşında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılıb, erməni yalanlarının ifşa olunmasında müstəsna rol oynamaqdadır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 88}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331