fim.az

Azərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - Foto

5-11-2020, 10:17

Azərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - Foto


Azərbaycan Hüquq Müdafiə Təşkilatçıları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün keçirilən tədbirdə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov hesabatı ictimaiyyətə təqdim edib.

Hesabatda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq və bu günə kimi davam edən hərbi əməliyyatlar və Ermənistan tərəfinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinin atəşə tutması indiki müharibənin ən qatı cinayətlərindən biridir. Ermənistan tərəfi 1949-cu il 4-cü Cenevrə Konvensiyasının 3-cü bəndinin prinsiplərini pozaraq Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qadağan olunmuş raket zərbələri endirməklə Konvensiyanın tələblərini pozub və insanlıq əleyhinə cinayətlər işlədib.

Ermənistan tərəfinin aqressiyası nəticəsində dinc sakinlərə qarşı aşağıdakı cinayətlər törədilib:

1. Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən 13 şəhərə müxtəlif vaxtlarda “Smerç” və Qrad tipli raketlər atılıb;

2. Tərtər şəhəri və onun 36 yaşayış məntəqəsinə ciddi ziyan vurulub;

3. Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək enerji layihələri və neft-boru kəmərləri hədəfə alınıb;

4. Dinc şəhərlərə atılan raket zərbələri ilə məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər hədəf alınıb və onlara zərər yetirilib;

5. 87 mülki şəxs həlak olub, onlardan 18-i qadın, 14-i uşaq olmaqla;

6. 400 nəfər yaralanıb, onlardan 69 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla;

Monitorinq Qrupu beynəlxalq təşkilatlara təkliflərini də elan edib.

Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlar və institutların aşağıdakı işləri görməsi tövsiyə olunur:

1. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin əsas moderatoru kimi Ermənistan tərəfindən bu hərbi cinayətlərin törədilməsinin motivləri ilə bağlı hesabat tələb etməlidirlər;

2. ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan tərəfi ilə birgə bu hərbi cinayətlərin bütün detalların müzakirə etməli və onları sənədləşdirməlidirlər;

3. Azərbaycanda fəaliyyət göstərən BMT institutları raket zərbələri nəticəsində həyatını itirən dinc əhali ilə bağlı vəziyyətin araşdırılması məqsədi ilə Azərbaycanın hökumət orqanları ilə əməkdaşlığı gücləndirməlidirlər;

4. Beynəlxalq insan hüquqları təşkilatları və analitik mərkəzlər dinc əhaliyə qarşı edilən cinayətlərin araşdırılması üçün öz missiyalarını göndərməlidirlər;

5. Azərbaycan QHT-ləri və hüquq müdafiə təşkilatları dinc əhaliyə qarşı cinayətin araşdırılmasında aktiv fəaliyyət göstərməlidirlər.

Murad Əhməd

Nuran Məmmədov

Azərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - FotoAzərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - FotoAzərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - FotoAzərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - FotoAzərbaycan Hüquq Təşkilatçıları beynəlxalq qurumlar üçün tövsiyə hazırladı - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 284}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22