fim.az

“Azərbaycan xalqı qələbə həsrəti ilə yaşayırdı” - Zakir Həsənov

11-11-2020, 12:50

“Azərbaycan xalqı qələbə həsrəti ilə yaşayırdı” - Zakir Həsənov


"30 il Azərbaycan xalqı bu qələbə həsrəti ilə yaşayırdı. Bu döyüş əməliyyatları ilə Azərbaycan Ordusu Vətən naminə gözünü qırpmadan canını fəda edəcəyini bir daha göstərdi".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib. Nazir bildirib ki, Azərbaycan xalqı Ordusunu sevir, dəstəkləyir və dayaq olur.

"Biz gördük ki, Azərbaycan əsgəri və zabiti vətən uğrunda canından keçməyə hazırdır", - deyə Z.Həsənov vurğulayıb.

Qeyd edək ki, bu gün Qarabağda qazanılan tarixi qələbə münasibətilə Azərbaycan Müdafiə Nazirliyində mərasim təşkil edilib. Mərasimdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və digər yüksək rütbəli hərbçilər iştirak ediblər. Müdafiə nazirləri Qarabağda qazanılan qələbəni bir-birilərinə sarılaraq qeyd ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 337}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22