fim.az

Saleh Məmmədov: Qarabağ Azərbaycandır!

19-11-2020, 12:37

Saleh Məmmədov: Qarabağ Azərbaycandır!


Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri Saleh Məmmədov - Sentyabrın 27-si Azərbaycan tarixində yeni səhifə açıldı. Ölkəmiz doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün əks-həmlə əməliyyatlarına başladı və 44 gün ərzində öz torpaqlarını yağı düşməndən azad etdi. İkinci Vətən müharibəsini yaşadıq. Siyasi meydanda qələbəni hərbi gücümüz təmin etdi. Azərbaycan Ordusu öz sözünü dedi və düşmənə qan uddurdu. Nəhayət, 44 günlük müharibənin yekunu Bəyanatın imzalanması ilə oldu. Cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu. Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
Məhz noyabr ayının 10-da imzalanan bəyanatla Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bəyanat Ermənistanın kapitulyasiyası idi. Faktiki olaraq Ermənistan tərəfi müharibədən məğlub çıxmış olduğunu bu bəyanatla təsdiq etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə bəyanatı imzalamaqdan imtina etməsinə baxmayaraq, sonradan imzalamaq məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Paşinyan bu bəyanatı Azərbaycanın dəmir yumruğunun hesabına imzaladı.
Bəyanatla uzun illər ərzində davam edən işğala son qoyuldu, insanlarımızın 30 illik həsrətinə son qoyuldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edildi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da Naxçıvanın 30 illik blokadasına son qoyuldu və türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edildi.
Bəyanatın ən mühim üstünlüyü ondan ibarət oldu ki, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə onda yer almadı. Belə ki, Qarabağa heç bir status, muxtariyyət verilmədi.
10 noyabr tarixli bəyənatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürdü. Bu prosesə, eyni zamanda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək ki, bu da münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində müstəsna rol oynayacaqdır.
Beləliklə, 10 noyabr bəyanatı Azərbaycan Dövlətinin tarixi bir qələbəsidir. Bu bəyanat Azərbaycanın siyasi iradəsi, əzmi və gücüdür. Bənayatla təsdiq olundu ki, Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 502}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22