fim.az

Manaf Manafov: “Biz birlikdə güclüyük”

27-11-2020, 10:06

Manaf Manafov: “Biz birlikdə güclüyük”


Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixində etdikləri səfəri izləməyən Azərbaycan vətəndaşı olmadı. Nəinki Azərbaycan vətəndaşı, bir çox ölkələrin telekanalları bu səfəri geniş işıqlandırdı.
Xalqım sevə-sevə həmin səfərlərin şəkillərini paylaşdı, “Nə oldu Paşinyan yol çəkirdin bəs? Sən yol çəkən yerdə rəis love stori çəkdi” yazdılar. 2020-ci ilin payız ayları Azərbaycan xalqının mənəvi olaraq yeni dirçəlişinin, Müzəffər Ali Baş komandanın bizə yazatdığı böyük tarixi qələbənin yeni emosional inkişaf dövrü başladı. Bu gün o gündür ki, Ulu Öndər Heydər Əliyevin tarixi söylədi “Gün gələcək, Azərbaycan dünyaya gün kimi döğacaq”.

Manaf Manafov: “Biz birlikdə güclüyük”


Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.
30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.
Biz qalib gəldik!
16 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdikləri zaman bütün dünya Qalib Prezidentə xalqın ehtiramını gördülər. Cari ilin 16 noyabr tarixində Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı.
Bu səfər zamanı Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Tarix boyu belə olub ki, xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Manaf Manafov: “Biz birlikdə güclüyük”


Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Xöşbəxtəm ki, Azərbaycanlıyam!
Xöşbəxtəm ki, Azərbaycan xalqının qələbəsində mənim də kiçik bir payım var!


Manaf Manafov: “Biz birlikdə güclüyük”
Manaf Manafov: “Biz birlikdə güclüyük”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 508}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22