fim.az

ALLAH tərəfindən ucalanları bəndə alçalda bilməz - Şahin Məmmədov

21-01-2021, 12:08

ALLAH tərəfindən ucalanları bəndə alçalda bilməz - Şahin Məmmədov


Bəzi sayt rəhbərləri Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov nə istəyirlər?! Yel qayadan nə aparar? İt hürər karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". İcra başçısı isti kabinetində rahat oturub, sakinlər isə... - "Bu da onların biznesidir" başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Fim.az-ın əməkdaslarının araşdırması nəticəsində rayon sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Ölkə Prezidentinin sərəncamı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Şahin Məmmədovun Masallıya gəlişindən sonra, Masallı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Masallıya inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 134}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331