fim.az

Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

22-01-2021, 10:19

Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT


2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) "Azqazservis" MMC-nin ləğv olunduğu barədə elan yerləşdirilib. Məlum olub ki, ləğv olunan "Azqazservis" MMC-nin qanuni təmsilçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur.
Bununla bağlı Yeniavaz.com-da "Rövnəq Abdullayevin otaq yoldaşının şirkəti bağlanır – MARAQLI DOSYE" başlıqlı yazı yayımlanıb.
Qeyd edək ki, bu yazıdan bir gün sonra “Vergilər” qəzetinin rəsmi veb səhifəsindən (vergiler.az) "Azqazservis" MMC-nin ləğv olunması ilə bağlı elan silinib.
Elanın hansı səbəbdən silindiyini öyrənmək üçün “Vergilər” qəzeti ilə millət vəkili İqbal Məmmədovun köməkçisinin telefon nömrələrinə dəfələrlə zəng etməyimizə baxmayaraq zənglərimizə cavab verən olmadı.

Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT
Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT
Deputat "Vergilər" qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 112}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331